Toydakıları döyüb ölümcül hala salan İzzətin köməkçisi azadlığa BURAXILA BİLƏR

540
Toydakıları döyüb ölümcül hala salan İzzətin köməkçisi azadlığa BURAXILA BİLƏR

Hüquqşünas Ruslan Əhmədoğlu tanınmış müğənni İzzət Bağırovun "Neolit" şadlıq sarayında iştirak etdiyi məclisdə düşən davadan danışıb.

Əhmədoğlu ölkə.az-a açıqlamasında bildirib ki, sənətçinin həmin davadan sonra həbs edilən köməkçisi azadlığa buraxıla bilər:

"Məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Düşünürəm ki, obyektiv münasibət bildiriləcək. Sadəcə, bir qrup şəxsin iki və ya üç şəxsin üzərində güc tətbiq etməsi və onların özünü qorumağı normal haldır. Əgər kütləvi dava baş verirsə və iki nəfərin üstünə bir qrup şəxs düşürsə, həmin an insan affekt vəziyyətində ola və güc tətbiq edərək, sağlamlığını istənilən formada müdafiə edə bilər. Bildiyiniz kimi affekt vəziyyəti və özünü qorumaq cinayət məsuliyyətindən azad olunma hallarından biridir. Yəni o xəsarəti İzzət Bağırovun köməkçisi və ya hələ də koma vəziyyətində olan mühafizəçisi almalıydımı? Xeyr, düşünürəm ki, hər bir insan özünü müdafiə etməlidir. Ümumiyyətlə, bu məsələdə müğənnilərə tərəf çıxış edəcəyəm. Çünki insanların dilinə azacıq spirtli içki dəyən kimi düşünürlər ki, sənət adamları ilə istədikləri kimi rəftar edə bilərlər. Amma heç kim onlara bu icazəni verməyib. 

Müğənni insanların məclisinə onların xoş gününə şərik olmağa gəlir, kiminsə spirtli içki qəbul edərək ona yuxarıdan aşağı baxmağı üçün yox. Əgər belədirsə, deməli, həmin şəxslər nəyəsə arxayındırlar. O zaman müğənnini yox, həmin şəxsləri araşdırmaq lazımdır. Hansı vəzifədə çalışırlar ki, ictimai yerdə özlərini belə aparırlar. Düşünürəm ki, istintaq ədalətli aparılacaq".

Qeyd edək ki, "Neolit" şadlıq sarayında düşən dava zamanı məclis iştirakçıları olan 44 yaşlı Aslanov Novruz Qərib oğlu, onun 16 yaşlı oğlu Vüsal Aslanlı xəsarət alıblar. İ.Bağırovun köməkçisi olan Elçin adlı şəxs isə həbs edilib.

Xəbər lenti