Nəqliyyat Nazirliyi ləğv edilsə də, nazirliyin rəsmi internet səhifəsi hələ də fəaliyyətini davam etdirir.
Mynews.az azeber.com-a istinadən xəbər verir ki, bu ilin fevral ayınnda Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşsə də, nazirliyin rəsmi "http://mot.gov.az" internet səhifəsi hələ də fəaliyyətini davam etdirir. Saytda yanvar ayından etibarən xəbər yenilənməsi həyata keçirilməsə də, Ziya Məmmədovun nazir kimi fəaliyyətini əks etdirən xəbərlər manşeti bəzəyir.
Qeyd edək ki, Azərbaycanda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Nəqliyyat Nazirliyinin birləşdirilməsi nəticəsində yeni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradıldı və bununla da Ziya Məmmədov nazir postunu itirmiş oldu. Prezidentin sərəncamının ardından nazir və onun ailə üzvləri xaricə üz tutublar.

1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub