Hansı yaşda uşaqlar neçə saat televizor izləyə bilərlər?

581
Hansı yaşda uşaqlar neçə saat televizor izləyə bilərlər?

"Televiziya ilə erkən yaşda tanışlıq və uzun müddət TV izləmək uşaqlarda erkən yetkinləşməyə və onların uşaqlıq illərini yaşamadan böyüklərin dünyasına qədəm qoymasına səbəb olur".
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Yeşilay Təşkilatının sədr müavini, psixoloq Mehmet Dinç deyib. 
Uşaqların və gənclərin ideal televiziya izləmə müddətini açıqlayan psixoloq 0-3 yaş qrupunda olan uşaqları TV ilə tanış etməməyi məsləhət edib: "Üç yaşadək uşaqların televizor izləməsi doğru deyil. 3-6 yaş arası uşaqlar 30 dəqiqə, ibtidai siniflərdə oxuyanlar 45, 5-8-ci sinif şagirdləri 1, yuxarı sinif şagirdlərinin isə 2 saatdan çox televizor izləməsi zərərlidir".
O, bildirib ki, 0-3 yaş qrupunda olan uşaqların televizor izləməsi onların beyninə zərər vurur: "Bu yaşlarda beyin çox sürətlə inkişaf edir. Bu müddətdə uşaqların 5 duyğu orqanını aktiv şəkildə istifadə etməmələri və ya birini işlətməyib digərlərini aktiv şəkildə işlətmələri beynin inkişafında problemə yol açır. Ekranla yaradılan təmas zamanı 5 duyğu orqanının hər biri istifadə olunmur. Sadəcə göz və qulaq var. Amma toxunmaq, dadmaq, qoxulamaq yoxdur. Bu orqanların işlədilməməsi isə beynin inkişafında sıxıntıya yol açır".
O, bildirib ki, bu işdə valideynlərin üzərinə çox böyük vəzifə düşür. 

Xəbər lenti