Bakıda taksi sürücüləri Heydər Əliyev adına Beynəlxalq Hava Limanında BakıKart alaraq "BakuBus"a məxsus "express" xətt avtobusları ilə şəhərə gəlmək istəyən turistlərin işinə yerli-yersiz müdaxilələr edirlər. Onların az qala ətəyindən yapışaraq, çantalarını məcbur götürərək dil tökür, yalandan ödəniş terminallarının işləmədiyini deyirlər.

Baxmayaraq ki, Beynəlxalq Hava Limanında taksilər üçün xüsusi yerlər nəzərdə tutulub, hətta xətt də çəkilib ki, o xətti keçməsinlər. Ancaq turistlərə qarşı həddən artıq "sevgiləri" onları sakit buraxmır. Baş verənlər isə bu ərazidə zaman-zaman acınacaqlı mənzərələrin, hadisələrin yaranmasına, tragikomik görüntülərin ortaya çıxmasına gətirib çıxarır.

Əlbəttə, taksi sürücüləri də öz xidmətlərini təklif edə bilərlər. Ancaq bu, daha sivil və mədəni şəkildə, turustləri aldatmadan, onlara yalnış məlumatlar vermədən, həyasızlıq, sırtıqlıq etmədən, əcnəbilərin zəhləsini tökmədən, onlarda ikrah və nifrət hissi yaradılmadan həyata keçirilməlidir.
Ölkəmizə səfər edən turistlərə yüksək xidmət əvəzinə yüksək qiymətlər təklif etmək fikrinə düşən taksi sürücüləri hava limanı ətrafında qurbanını gözləyən ovçuları xatırladır. Turistlərə olan ifrat "sevgiləri" isə onlara təyin olunmuş yerlərində dayanmağa imkan vermir...///milli.az
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub