Ötən gün Xətai rayonunda baş verən yanğın nəticəsində evsiz qalan məcburi köçkünlər etiraz aksiyası keçiriblər.
Mynews.az Report.az-a istinadən məlumatına görə, sakinlər onlara hələ də harada qalacaqlarının bildirilməməsindən şikayət edirlər.
Hadisə yerinə gələn polis əməkdaşları sakinləri ərazidən uzaqlaşdırıblar.
Sakinlərin sözlərinə görə, hadisə yerində olan aidiyyəti qurumların əməkdaşları hələlik yalnız evləri yanan 8 ailənin köçürüləcəyini bildiriblər: "Evləri su altında qalan vətəndaşların aqibəti barədə nəsə deyilməyib. Ona görə də sakinlər buna etiraz olaraq Nobel prospektində nəqliyyatın hərəkətini məhdudlaşdırmağa cəhd göstəriblər".
Aksiyada 8 ailədən əlavə, digər sakinlərin də köçürülməsi tələb edilib.
Sakinlərin verdiyi məlumata görə, yanan binanın qarşısında çadırların quraşdırılması da nəzərdə tutulur və hamı evlə təmin olunandan sonra köçürülmə həyata keçiriləcək.
Xətai Rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov "Report"a açıqlamasında aidiyyəti dövlət qurumlarına müraciət etdiklərini söyləyib: "Yaxın zamanlarda məsələnin müsbət şəkildə həll olunacağına ümid edirik. Ailələrin hansısa yerdə yerləşdirilməsi məsələsi Zəngilan Rayon İcra Hakimiyyətinin səlahiyyətindədir. Qəzalı binanın sonrakı aqibətinin necə olacağına gəlincə, araşdırmaların yekununda verilən qərardan asılı olacaq. Binanın tamamilə sökülüb-sökülməyəcəyi, yaxud da yenidən təmir olunması məsələsinə baxılacaq".
Zəngilan Rayon İcra Hakimiyyətindən isə hazırda nümayəndələrinin hadisə yerində olduğu bildirilib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub