Sentyabrın 11-də Tbilisidə 42 yaşlı azərbaycanlı kriminal avtoritet Elşən Məmmədov güllələnib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, onun meyiti “Toyota Land Cruiser” markalı, GO-360-00 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü başından 3 güllə yarası almış vəziyyətdə tapılıb. Avtomobilin hər iki tərəfində güllə izlərinin olması hücum edənlərin sayının ən az 2 nəfər olduğunu deməyə əsas verir.
Əldə olunan məlumata görə, Elşən Məmmədov restoranların birində “qanuni oğru” Nadir Səlifova (Quli) yaxınlığı ilə tanınan bir neçə şəxslə birlikdə şam yeməyi yeyib. Hadisə şahidlərinin sözlərinə görə, Elşən qəfildən naməlum səbəblərə görə masa arxasından qalxaraq, maşınına doğru gedib və sükan arxasına tək əyləşib. Məhz burada da öz ölümünü qarşılayıb.
Qeyd edək ki, mərhum “qanuni oğru” Qulinin ən qəddar “killer”i kimi tanınıb. Məmmədovu bu mənada məşhurlaşdıran hadisələrin birində, o, kriminal avtoritet Rafiq Eyvazovu (Rafiq Masallinski) əvvəlcə restoranına görüşə çağırıb, onun üçün süfrə açıb. Daha sonra Eyvazovun sol qulağını kəsib. Bütün bu olanları lentə alan Elşən daha sonra elə özü bu videonu paylaşıb.
Odur ki, Elşən Məmmədovun öldürülməsində ən böyük şübhəli alçaldılan, lakin sağ buraxılan Rafiq Eyvazov hesab oluna bilər. İddialara görə, cinayətdən qısa zaman ərzində xəbər tutan Eyvazov nümayişkaranə şəkildə bu qətlə sevinib. Şayiələrə görə, Elşənin öldürülməsi üçün muzdlu qatilə 500 min dollar vəd verilib. Həmin qatillərin Rafiq və Rövşən Lənkəranski kimi cənub bölgəsindən olduğu bildirilir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub