Kiminsə yası düşürsə ilk növbədə mərasim evlərindəki qiymətlərlə maraqlanır. Sözsüz ki, bəzilərini qane edən qiymətlər bəziləri üçün əlçatmaz görünür.
Mynews.az bildirir ki, paytaxt sakinləri iddia edirlər ki, indi mərasim evlərindəki menyu qiymətləri şadlıq evlərindəki qiymətlərlə ayaqlaşmağa başlayıb.
Ancaq nədənsə mərasim evlərinin sahibləri qiymətlərlə bağlı suallarımızı cavablamaqda maraqlı görünmədilər. Qapısını döydüyümüz mərasim evlərinin əksəriyyəti ya "işləmirik" dedi, ya da müsahibə verməkdən imtina etdi. Ancaq şifahi də olsa, öyrənə bildik ki, mərasim evlərini həm məkan olaraq birgünlük kirayəyə verirlər, həm də menyu ilə xidmət göstərirlər. Orta vəziyyətli mərasim evlərinin 1 günlük kirayə qiymətləri 300-500 manat arasında dəyişir və bu da zalın genişliyindən asılıdır. Menyu qiymətləri isə 10 manatdan başlayaraq 15 manata qədər artır.
Yalnız bir nəfər - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında yerləşən mərasim evinin sahibi Vüqar Rüstəmov mikrafonumuzu danışdı. Onun sözlərinə görə, istənilən halda müştərilərlə qiymətdə razılığa gəlinir. Ancaq elə müştərilər də olur ki, menyuya əlavələr etmək istəyir:
Belə çıxır ki, qiymətlərə təsir edən elə biz özümüzük, yəni rəhmətə gedənə ehsan verənlər. /xezerxeber.az
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub