Balakəndə atalığı tərəfindən zorlanan 12 yaşlı qızın hamiləliyinin davam etdirilməsinə qərar verilib.
Mynews.az xəbər verir ki, bu barədə "Qafqazinfo”ya Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. O bildirib ki, uşağın saxlanılmasına qərar verilib. Çünki həm anaya, həm də körpəyə baxış keçirilib, hər ikisi müayinə edilib və qərara alınıb ki, hamiləlik davam etdirilsin: "Heç bir patalogiya aşkarlanmayıb. Hazırda hər ikisi həkim nəzarəti altındadır. Növbəti həftələrdə yenidən müayinələr olacaq, sonra müvafiq qərarlar veriləcək”.
Qeyd edək ki, Balakən rayon Prokurorluğuna hadisə ilə bağlı məlumat avqustun 25-i daxil olub. Hazırda faktla bağlı cinayət işi başlanılıb və istintaq davam edir. Təqsirləndirilən şəxs uşağın anasının qeyri-rəsmi yaşadığı Şindiyev Elçin Qədir oğludur. Barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub