2012-ci ildə “Eurovision” ərəfəsində Azərbaycana gətirilən “London taksiləri”nin Lökbatan qəsəbəsindəki “maşın qəbirstanlığı”ndan görüntüləri ortaya çıxıb.
Azxeber.com-a göndərilən görüntülər DYP-nin Lökbatan qəsəbəsindəki qeydiyyat idarəsində çəkilib. Görüntülərdə idarənin dayanacağında “London taksiləri” kimi tanınan Çin istehsalı TX4 markalı istifadəyə yararsız yüzlərlə avtomobil olduğu görünür.
Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun ölkəyə gətirdiyi və dövlət büdcəsindən ayrılan vəsaitlə alınan avtomobillərin qısa zamanda sıradan çıxmasının səbəbi isə bəlli deyil.
Qeyd edək ki, “London taksiləri” kimi tanınan TX4 markalı məşhur keblər əvvəlcə Britaniyanın “Manganese Bronze” şirkəti tərəfindən istehsal edilirdi. Lakin 2013-cü ildə Çinin “Geely” avtomobil şirkəti “Manganese Bronze”nin səhmlərini alıb. Bununla da “London taksiləri” tamamilə “kitayski” olub.
Sözügedən avtomobillərin Azərbaycana daşınmasını isə Türkiyənin “Savay Lojistik” şirkəti həyata keçirib.
Hazırda yüzlərlə taksi adıçəkilən ərazidə baxımsız haldadır.
Həmin videonu təqdim edirik:
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub