Bu gün Bakıdakı “Buta” sarayında Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymurun toy mərasimi keçiriləcək.
Mynews.az Bizimyol.info-ya istinadən xəbər verir ki, Vasif Talıbov sentyabrın 15-də bir müddət əvvəl Naxçıvan MR-in daxili İşlər naziri vəzifəsinə təyin etdiyi Fazil Ələkbərovla qudalığını rəsmiləşdirəcək.
Seymur Talıbovla Fazil Ələkbərovun qızı 2015-ci ildə nişanlanmış, həmin vaxt F.Ələkbərov Dövlət Miqrasiya Xidmətinin (MR) rəisi vəzifəsini tutsa da, hazırda muxtar respublikanın daxili işlər naziridir.
Seymur Talıbov MR Ali Məclisinin üzvü,”Naxçıvan” Universitetinin prorektoru vəzifəsində çalışır.
Bizimyol.info baş tutacaq bugünkü toy məclisinin bəyi Seymur Talıbovla əlaqə saxlayıb. O, toy məclisinin ailə daxilində keçiriləcəyini bildirib.
“Toy mərasimi sadə, milli adət-ənənələrə uyğun, ailə daxilində keçiriləcək. Əlavə heç nəyə ehtiyac yoxdur. Allah bütün ailə həyatı quranları xoşbəxt eləsin!!!”
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub