Təhsil Naziri Mikayıl Cabbarov nazirlik tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması barədə əmr imzalayıb.
Mynews.az xəbər verir ki, "Qaynarinfo"nun əldə etdiyi məlumata görə, nazirin 233 saylı əmrinə əsasən 300-dən artıq məktəbdənkənar müəssisə ləğv olunub və onların birləşdirilməsi nəticəsində 130-a yaxın yeni müəssisə yaradılıb. Birləşmə nəticəsində kütləvi ixtisarların aparılması gözlənilir. Bu gün bir sıra müəssisələrdə müəssisə rəhbərləri iclas keçirərək nazirin müvafiq əmrini işçilərin diqqətinə çatdırıb və onlara könüllü şəkildə işdən çıxmaları ilə bağlı ərizə yazdırıblar.
Ləğv olunan müəssisələrdən birindən saytımıza daxil olan məlumata görə, işçilərin bəziləri işdən çıxarılma haqqında ərizə yazmaq istəmədiklərini, çünki yeni yaradılan müəssisədə bir sıra ştat yerlərinin ləğv olunması səbəbindən işsiz qalacaqlarını düşünüblər. Lakin müəssisə rəhbəri onlara ərizə yazmayan şəxslərin xüsusi qərarla birdəfəlik işdən cıxarılması barədə nazirlikdən tapşırıq aldıqlarını bildirib.











1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub