Rəsmi sənəd olmadan azyaşlı uşaqların qatarla bölgələrə aparılmasına icazə verilmir
Azərbaycan Dəmir Yolları QSC azyaşlı uşaqların daşınması ilə bağlı yeni qaydaların tətbiqinə başlayıb.
Mynews.az bakupost.az-a istinadən xəbər verir ki, artıq valideynlərin razılığını təsdiq edən rəsmi sənəd olmadan azyaşlı uşaqların qatarla bölgələrə aparılmasına icazə verilmir. Bunlara valideynlərin ən yaxın qohumları, uşaqların nənə və babaları da daxildir. Nəvələrini özləri ilə rayona aparmaq istəyən nənə-babalar, yaxud digər qohumlar qatara bilet almaq istəyərkən, onlardan valideynlərin icazə kağızı tələb olunur, olmadıqda isə bilet satılmır.
Qurumun mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova faktı təsdiqləyib. Bildirib ki, bu addımın atılmasına səbəb uşaqların qaçırılmasının qarşısını almaqdır: "Boşanma hallarını nəzərə alaraq qərara gəldik ki, uşaqların ata və ya ana tərəfindən qaçırılmasının qarşısını almaq üçün bu qaydaları tətbiq edək. Həmçinin kriminal vəziyyətin də nəzarətə alınması zərurəti var. Belə ki, uşaq oğurluğu, qaçırılması, valideyndən alınıb aparılması kimi xoşagəlməz hallar olur. Bu səbəbdən belə bir tələb zəruri idi. 10 yaşına kimi uşaqlar üçün valideynlərin notarial etibarnaməsi tələb olunur. Yalnız bu sənəd göstərildikdən sonra bilet alına bilər".
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub