Azərbaycan Milli Konservatoriyasında ixtisarlar başlayıb.
Ölkə.az-ın məlumatına görə, ötən gün keçirilən iclasda üç nəfər xanəndə-pedaqoq işdən azad edilib. Qeyd edilir ki, işdən azad olunan müəllimlər sırasında tanınmış xanəndə, əməkdar artist Cabir Abdullayevin də adı var.
Məlumata görə, ixtisara düşən bəzi müəllimlər qərara etiraz etsələr də, rektor Siyavuş Kərimi tələbələrin fikrini onlara çatdırıb:
"Tələbələr sizdən razı deyillər. Bizə tələbələrdən xeyli sayda müraciət daxil olub. Onlar Mənsum İbrahimov və Təyyar Bayramovun sinfində təhsil almaq istəyirlər".
Qeyd edək ki, daha iyirmi müşayiətçi-müəllim işdən azad edilib.

1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub