Balakəndə anasının sevgilisi tərəfindən zorlanaraq hamilə edilən 12 yaşlı qızla bağlı bəzi təfərrüatla məlum olub. Criminal.az saytına daxil olan məlumata görə, hazırda C.B-ova Bakıdakı xəstəxanalardan birində doğuş üçün hazırlanır. Hamiləliyin 26-ci həftəlisində olan qız ciddi həkim nəzarətdindədir.
Əldə etdiyimiz məlumata görə, uşağın doğulmasında atalığı da maraqlıdır. Hazırda həbsxanada olan kişi uşağın abort yox, dünyaya gəlməsini istəyir. Azyaşlı isə hər gün anasına onu uşaq evinə qoymaması üçün yalvarır.
Onu da bildirək ki, qızı anasının sevgilisi hədə-qorxu ilə zorlayıb. Bundan əvvəl isə böyük bacısı eyni aqibəti yaşayıb.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə mətbuata açıqlamasında bildirib ki, rəsmi məktub əsasında 12 yaşlı uşağın anası ilə görüşub: "Ana bildirdi ki, 12 yaşlı qız çox narahatdır. Uşaq anasından "mən bu hamiləlikdən nə vaxt qurtaracağam? - deyə soruşub. Azyaşlı normal həyatına davam etmək istəyir”.
Mynews.az Criminal.az-a istinadən hamilə azyaşlının fotosunu təqdim edir:
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub