Telman İsmayılovun oğlu birgə yaşadığı qadını iki uşaqla küçəyə atıb FOTO - VİDEO

609
Telman İsmayılovun oğlu birgə yaşadığı qadını iki uşaqla küçəyə atıb FOTO - VİDEO

Bir vaxtlar milyardların və fantasitk dəbdəbənin içərisində üzən azərbaycanlı oliqarx Telman İsmayılovla bağlı qalmaqallar bitmək bilmir. 

Mynews.az Virtualaz.org-a istinadən xəbər verir ki, ötən gün Moskvada Telman İsmayılova məxsus 12 obyektdə axtarışın aparılmasından və onun adının qardaşının sifariş etdiyi deyilən qətllərdə hallandırılmasından sonra bu dəfə biznesmenin oğlu ilə bağlı sensasion fakt üzə çıxıb.

 “360” telekanalının məlumatına görə, Telman İsmayılovun oğlu Sərxan neçə ildir vətəndaş nikahında birgə yaşadığı qadını iki uşaqla küçəyə atıb, onlara sahib durmur.

 

Telekanalın reportajında deyilir ki, dörd il əvvələ qədər Yekaterina adlı bu qadın Sərxan İsmayılovun vətəndaş nikahında yaşadığı arvadlı və onun iki uşağının-qızının və oğlunun anası idi. Və qadın malikanədə, çoxsaylı qulluqçuların əhatəsində dəbdəbə içərisində yaşayırdı. 2015-ci ildə Telman İsmayılovun biznesi ilə bağlı problemləri başlayanda Sərxan Yekaterinaya malikanədən kiçik mənzilə köçməyi təklif edib. Daha sonra qadını ümumiyyətlə atıb və uşaqlarını oğurlayıb, onun razılığı olmadan aparıb və 4 ay sonra qaytarıb.

Hazırda gənc qadın iki uşağı ilə birlikdə Moskva ətrafında kilsənin nəzdindəki kiçik otağa sığınıb, kilsənin bufetində işləyir və ayda 250 dollar (15 min rubl) maaşla yarıac dolanır. Qadın deyir ki, təsadüfən İsmayılovlar ailəsinin mülklərindən bir neçəsini onun adına rəsmiləşdirdiklərini öyrənib. Belə ki, bir neçə mülk reyestrdə Yekaterinanın adına qeydiyyatdadır. Qadın bildirir ki, Sərxan İsmayılovdan heç bir kömək ummur, yeganə istəyi uşaqlarının gələcəyini geri qaytarmaqdır. Lap məhkəmə yolu ilə də olsa...

Xəbər lenti