İstanbulda öldürülən avtoritet Rövşən Lənkəranskinin qətlində adı hallanan Elşən Əmircanski (Məmmədov) artıq dəfn olunub.
Mynews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hazırda Azərbaycanda həbs cəzası çəkən digər "oğru" Lotu Qulinin sağ əli olan Əmircanski doğulduğu Əmircan qəsəbəsində dəfn edilib. Onun məzarı başına Lotu Quli tərəfindən göndərilmiş çələng qoyulub.
Elşən Əmircanski Rövşən Lənkəranskinin adamları tərəfindən güllələnib. Buna səbəb isə Elşənin hər yerdə "Lənkəranskini güllələyənlərdən biri mən olmuşam" fikrini səsləndirməsidir.
Qeyd edək ki, Rövşənin tərəfdarları onun qatillərindən qisas almağa davam edirlər.
Xatırladaq ki, E.Əmircanski sentyabrın 11-də Gürcüstanın paytaxtı Tiflisdə restorandan çıxıb maşınına əyləşərkən yoldan keçən digər avtomobildə olan şəxslər tərəfindən güllələnib.



1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub