İstanbulun “Zorlu Center” ticarət mərkəzində 12-15 sentyabr tarixləri arasında “Mercedes-Benz Fashion Week” dəb həftəsi keçirilib.
Mynews.az baku.ws-ə istinadən məlumatına görə, tədbirin son günü-sentyabrın 15-də Türkiyədə yaşayan dünyaşöhrətli azərbaycanlı model Rüfət İsmayılın “Naz by RufatIsmayil” moda evinin geyim kolleksiyası nümayiş edilib.
Oxu.Az-ın məlumatına görə, “Naz” moda evi tanınmış azərbaycanlı dizayner Fəridə Məmmədova tərəfindən təqdim olunub. Onun əsas məqsədi azərbaycanlı dizaynerlərin işini dünyaya tanıtmaq və yüksək moda sahəsinə töhfələr verməkdir.
“Fusion” adlı kolleksiyada 2018-ci ilin yaz-yay mövsümünün geyimləri nümayiş edilib. “Naz by RufatIsmayil” moda evinin qadın geyimləri kolleksiyası 1800-cü illərin obrazlarından ilhamlansa da, buraya müasir çalarlar əlavə edilib.
Moda nümayişində Türkiyənin populyar modelləri – Çağla Şikel, Özge Ulusoy, Şebnem Şefferlə yanaşı, qardaş ölkədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva da iştirak edib.
“Naz by RufatIsmayil” moda evinin kişi geyimləri kolleksiyasını isə kikboks üzrə dünya çempionu Avatar Atakan təqdim edib.
Qeyd edək ki, “Mercedes-Benz Fashion Week” hər il müxtəlif ölkələrdə keçirilir. Dəb həftəsi Rusiya, Almaniya, ABŞ, Türkiyə, Avstraliya və digər ölkələr də təşkil olunub.











1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub