Dövlət Yol Polisi əməkdaşları avtobusda qəfil halı pisləşən sərnişinin həyatını xilas edib.
Hadisə DYP-nin Nəvai postu yaxınlığında baş verib. Bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev şəxsi Facebook hesabında bildirib. Onun sözlərinə görə, rayondan Bakıya gələn mikroavtobusun sərnişinlərindən birinin halı pisləşib. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da gəlib çıxmayıb. Bu zaman postun polisləri müdaxilə edərək xəstəni içəri aparıblar. Daha sonra isə Anar adlı inspektor onu 1 saylı xəstəxanaya çatdırıb.
"Bu avtomobildə xidmət aparan yol polisi inspektorunun adı Anardır. Bilirsiniz bu gün nə edib? Əksəriyyətinizin təxmini doğru deyil. Deməli bu gün rayondan gələn mikroavtobusun sərnişinlərindən birinin DYP-nin Nəvai postunun yanında halı pisləşir. Sərnişinlərin müdaxiləsi nəticə vermədikdə təcili tibbi yardım çağrılır. Hansı səbəbdənsə təcili tibbi yardım gəlmir. Bu zaman postun polisləri müdaxilə edirlər. Xəstəni içəri aparırlar. təcili tibbi yardımı gəlməyə məcbur edirlər. Daha sonra inspektor Anar xəstəni anası ilə birgə maşına əyləşdirərək Semaşkoya çatdırır. Yolda iki dəfə halı pisləşən xəstəyə müdaxilə edir, çantalarını özü maşına yükləyib boşaldır. Semaşkoda işləyən qohum həkimdən yardım istəyir və sair və ilaxır. 1 saata yaxın da Semaşkoda müayinə və tibbi müdaxiləni gözləyir. Xəstə qohumları ilə birgə xəstəxananı tərk edəndən sonra isə oradan ayrılır.
Sadəcə Allah razı olsun belə vicdanlı polisimizdən. "Boş şeydi, mənim də balam var" deyirdi".
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub