Bakıda baş həkimin oğlu piyadanı vuraraq öldürüb.
Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, Teymur Əliyev küçəsində 10-ST-908 dövlət qeydiyyat nişanlı, "Lexus" markalı avtomobili idarə edən Mehdizadə Toğrul Nizami oğlu yolu keçən 1986-ci il təvəllüdlü Ağayev Ramin Ramiz oğlunu vurub. Nəticədə piyada ağır xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi başlanılıb və sürücü saxlanılıb.
Qeyd edək ki, hadisəni törədən T.Mehdizadə Biləsuvar rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadənin oğludur. N.Mehdizadə baş həkim vəzifəsinə bu ilin iyun ayında təyin edilib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub