Biləsuvar rayonu Nəsimi kənd sakini Alışov Cabir Rusiya Federasiyasından vətənə gələrkən Samur Gömrük keçid məntəqəsində başanı gətitrilən hadisə ilə bağlı Azadliq.info-ya danışıb.
2005-ci ildən Dağıstanda tikinti biznesi ilə məşğul olan Cabir Alışov prezidentin iş adamlarına çağırışından sonra ruhlanaraq illərlə qazandığı pulu Azərbaycana gətirib istehsalla məşğul olmaq fikrinə düşüb.
Azərbaycan Resbublikasına daxil olarkən kömrük keçid məntəqəsində üzərində olan 88 min ABŞ dollarını gömrük işçilərinə təqdim edib. Ona 28 min ABŞ dolları olan qəbz təqdim edilib. Cabir Alışov həmin sənədi imzalamaqdan imtina edib. Pullar isə gömrük işçilərində qalıb. Bundan sonra məlum olub ki, ona Gömrük Komitəsinin İstintaq idarəsində cinayət işi açılıb. Amma əlində olan səs yazısını təqdim edəndən sonra bəyənnaməni düzgün təqdim etməməyi əsas gətirərək 88 min ABŞ dolları məbləğində pulunu və sənədlərini bu günə kimi özünə qaytarmırlar.
Cabir Alışov hazırda 3 azyaşlı övladının Mahaçqala şəhərində qaldığını bildirir. Həm işindən, həm ailəsindən kənar qalıb. Azərbaycanda qaldığı hər saniyə üçün peşimançılıq çəkdiyini bildirən vətəndaş: “Belə hadisələri eşidən kim ölkəyə pul gətirmək istəyər?”,- deyir.
Sonda Cabir Alışov ona qarşı haqsızlığın aradan qaldırılması üçün prezidentə müraciət edərək, pulunun geri qaytarılması üçün aidiyyatı qurumlara göstəriş verilməsini xahiş edir.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub