Sosial şəbəkələrdə maraqlı foto yayımlanıb.
AZXEBER.COM-un məlumatına görə, Lənkəran Tibb Kollecini bitirən oğlan tələbəyə "tibb bacısı" diplomu verilib.
Quluzadə Anar Faiq oğlunun diplomu mediada geniş yayımlanıb və istifadəçilər onu təhqir ediblər.
O məsələylə bağlı portalımızla əlaqə saxlayıb və deyib ki, burada texniki qüsur olub: "Mənim diplomuma "tibb bacısı" yazılıb. Bu diplomu Təhsil Nazirliyi təsdiqləyib. Çox təəsüf ki, sosial şəbəkədə yalnız mənim diplomum paylaşılıb, əslində isə mənim tanıdığım 10-15 oğlan var ki, onlara da bu formada diplom verilib".
Anar Quluzadə deyib ki, o əslində "feldşer"dir və bu işi görən çoxsaylı oğlan var: "Burada ayıb iş görmürəm, məni təhqir edənlərin çoxunun anasını, bacısını, həyat yoldaşını müalicə edirik, ilkin tibbi yardım göstəririk. Bu ayıb deyil, ixtisasımla qürur duyuram"
Həmin fotonu təqdim edirik:

1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub