“Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına şəxs adlarının dəyişdirilməsi, adların düzgün yazılışı və dilimizə uyğun olmayan adların uşaqlara verilməsi ilə bağlı müraciətlər daxil olur”.
Mynews.az xəbər verir ki, bunu APA-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.
Sədr müavini qeyd edib ki, sentyabrda “ASAN xidmət” mərkəzləri tərəfindən Azərbaycan dilinə uyğun olmayan şəxs adları ilə bağlı Komissiyaya müraciətlər daxil olub: “Məsələn, valideynlər övladlarına “Oskar Ali”, “Əhməd Zorro”, “Mişel” adlarını qoymaq istəyiblər. Bu qəbildən olan adların uşaqlara qoyulmasına icazə verməmişik. Bu cür hallar valideynlərin Azərbaycan dilinin qaydalarını bilməmələrindən baş verir.
Azərbaycan dilinin qaydaları var və biz də buna uyğun olaraq, imtinanın səbəblərini əsaslandırırıq. Lakin bununla belə, bəzi valideynlər mənası dilimizə uyğun olmayan adların övladlarına verilməsi üçün inad edir. Bundan əlavə, “Ruqiyyə” əvəzinə “Ruqəyyə”, “Cahan” əvəzinə “Cihan”, “Asiya” əvəzinə “Asiyə”, “Əliyar” əvəzinə “Alyar”, “Camal” əvəzinə “Cemal”, “Əzim” əvəzinə “Azim” adlarını övladlarına qoymaq istəyən valideynlər də var. Onlar düşünürlər ki, övlad onlarındırsa, adlarını da necə istəsələr, elə də qoya bilərlər”.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub