Bakı sakininin polisə verdiyi məlumat yalan çıxıb.
Mynews.az Lent.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində yaşayan Babayev Fuad Faiq oğlu (ad şərtidir) Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edərək, özünə məxsus “Mercedes” markalı, 90 HD 343 dövlət nömrə nişanlı avtomobilin qaçırıldığını deyib.
Aparılan tədbirlər nəticəsində həmin avtomobil şikayətçinin evinin yaxınlığında tapılıb. Bəlli olub ki, Fuad Babayev polisə müraciət edərkən sərxoş olub və avtomobilini harada saxladığını xatırlaya bilməyib.
O, ayılandan sonra qeyri-dəqiq məlumat verdiyini anlayıb və üzrxahlıq edib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub