San-Dieqo tibb məktəbinin alimləri bildiriblər ki, oturaq həyat tərzi sürən yaşlı qadınların ömrü səkkiz il qısalır. Tədqiqatın nəticələri “American Journal of Epidemiology” jurnalında dərc edilib.
Mynews.az “EurekAlert!” saytına istinadən xəbər verir ki, tədqiqatda 64-95 yaş arasında 1500 qadın iştirak edib. Onların sağ buduna yeddi gün ərzində gecə-gündüz fiziki fəallığı izləyən akselerometr bərkidilib. Sonra alimlər xromosomun qurtaracağında olan telomerin uzunluğunu ölçüblər.
Aşkar edilib ki, gündə azı 30 dəqiqə fiziki hərəkət edən adamda telomerin uzunluğu oturaq həyat tərzi keçirən adamla müqayisədə daha çoxdur. Bu onu göstərir ki, oturaq həyat tərzi sürən insanlarda hüceyrələr tez qocalır və yaşla bağlı xəstəliklərin yaranması riski çoxalır.
Telomerlər DNT-nin ardıcıl təkrar sırasından ibarətdir. Onlar çoxalan xromosomları zədələnmədən qoruyur, lakin hər bölünmədə qısalır. Hesab edilir ki, bu proses qocalma ilə əlaqədardır. Olduqca qısa telomerləri olan hüceyrələr öz funksiyalarını yerinə yetirə bilmir və məhv olur.
1
Prezident ailəsinin Trampla FOTOLARI
1090 dəfə oxunub
2
Nazirlik aktyora 657 min manat ödəyəcək
1083 dəfə oxunub
3
Prezident tarixi sənədi imzaladı – VIDEO
1060 dəfə oxunub
4
Azərbaycanda yalnız bu şəxslər aptek işlədə biləcək – Yeni qərar
1041 dəfə oxunub
5
Qələbə qazanan “Qarabağ”ın qazancı açıqlandı
1037 dəfə oxunub