"Bu gün Bakı ətrafında valideyn 14-15 yaşında olan qızını məktəbdən çıxarıb nişanlayır. Əvvəl qızı daha erkən yaşda ərə verirdilər, indi isə qanunvericilik sərtləşdirildiyindən qızı 2-3 il nişanlı saxlayıb toy edirlər".
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Gövhər Baxşəliyeva deyib.
Deputat bildirib ki, ən ucqar kəndlərdə belə qızları oxudurlar, qızlar 11-ci sinfi bitirib ali məktəbə qəbul olur.
"Amma burdan-bura Bakı ətrafı bütün kəndlərdə qızlara qadağa qoyulub. Bunun səbəbini soruşduqda isə cavab olaraq "əgər biz qızı məktəbə göndərsək kənd camaatı bizi qınayar" deyirlər. Biz bu streotipi ləğv etməliyik.
Bununla heç cür razılaşmaq olmaz. Bütün klassiklər də ilk növbədə millətin anasının savadlı olmasını vurğulayıb. Əgər biz gələcək üçün yüksək təhsilli nəsil haqqında danışırıqsa, ilk növbədə o nəslin anası təhsil almalıdır. Bu gün qarşılaşdığımız problemlər, eləcə də Nardarandakı problemlər də belə hadisələrlə bağlıdır.
Təklif edərdim ki, biz o kəndlərin daxil olduğu rayonların icra başçıları və təhsil şöbələri, oranın məktəb müəllimləri ilə danışaraq onlarla tədbirlər keçirək. Sovet dövründə kim ki dərsə getmirdi müəllimlər bir-bir evlərə gedib onun səbəbini soruşurdu. Yəni bu məsələyə ciddi yanaşılırdı.
Amma indi nədənsə müəllimlər də, məktəblər də bu məsələnin qarşısında susurlar. Bu hal hətta kütləvi xarakter daşıyır. Bakı kəndlərində "qız uşağı nədir 8-9 sinifdən sonra təhsil almaq nədir" fikri tam geniş yayılıb. Bu istiqamətdə hər birimizin əməli şəkildə iş görməsinin tərəfdarıyam".

modern.az
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub