ARB TV-nin "Rezonans" verilişində quda qatili, məhbus Fəxrəddin Hüseynov inanılmaz həyat hekayəsini bölüşüb.
9 il iş alan Hüseynov həbsə necə düşdüyünü açıqlayıb:
"Xalaoğlum quda olmaq istədi. Qızımı öz oğluna istədilər. Əvvəl razı deyildim, amma məcbur razılaşdım. Sonradan mənim oğlum onun qızını istəyəndə ürəyim rahat oldu. Amma qudam buna razı olmadı. Bir dəfə getdim, iki dəfə getdim istədim, vermədi. Sonra oğlum qızı götürüb qaçırtdı. Bundan sonra aramız pisləşdi. Toya 3 gün qalmış gəldi polislə qızı apardı. Gəlinsiz toy elədim. 8 ay boyunca məhkəmələrdə, polislərdə süründüm. Heç cür barışmaq istəmirdi. Ağzından çıxan söyüşləri deyirdi mənə. 8 ay keçmişdi söhbətin üstündən. Amma hələ barışmaq istəmirdi. Səhər durub dedim ki, gedib danışacam onunla. Getdim görüşməyə, maşına oturanda düşündüm ki, 8 ayda hirsi soyuyar, normal danışarıq. Oturan kimi başladı məni söyməyə. Anamı, atamı, qardaşımı söydü. Dözmədim, cibimdə balaca bıçağım var idi. Bıçağı çıxardan kimi görüb qorxdu, maşını yola sürmək istədi ki, qəza olsun, həm özü ölsün, həm mən. Əlimi soxdum rolun arasına, biləyimdən vurdu. 2 dənə bıçaqla boynundan vurdum. Qorxdum, bilmədim nə edim. Gedib polisə təslim oldum, dedim ki, qızımı onlardan götürün evimə qoyun, sonra məni nə edirsiz edin".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub