DİQQƏT! Qaz və işıqla bağlı əhaliyə QƏFİL XƏBƏR GƏLDİ

839
DİQQƏT! Qaz və işıqla bağlı əhaliyə QƏFİL XƏBƏR GƏLDİ

Yeni tikililərdə qaz, işıq, su və digər kommunal sistemlərdə problemlərin yaranması artıq adi hala çevrilib. Zaman-zaman bu cür hadisələrlə bağlı vətəndaşlar şikayətlərini bildirirlər. Ötən gün də AAAF Park yaşayış kompleksinin sakinləri etiraz aksiyası keçirib. Şikayətin səbəbi isə kompleksdə qaz və lift olmamasıdır. Digər tikililərdə də analoji hal yaşanır. Maraqlıdır, yeni tikililərin qazla təmin olunması hansı şərtlərlə aparılır?

"Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev "Cümhuriyət" qəzetinə açıqlamasında binanın qazla təmin olunmasının qaydalarını sadalayıb:
DİQQƏT! Qaz və işıqla bağlı əhaliyə QƏFİL XƏBƏR GƏLDİ - Bu saatdan etibarən...

"MTK-nın sifarişi əsasında podratçı şirkət qaz xətlərini çəkir, sayğacları quraşdırır və zəruri sənədləri toplayaraq "Azəriqaz" İstehsalat Birliyinə göndərir. O, cümlədən binanın Dövlət Qəbulu Komissiyası tərəfindən qəbul olunması haqqında arayış da təqdim olunmalıdır. "Azəriqaz" İstehsalat Birliyi tərəfindən ən qısa zamanda, 3-5 gün ərzində bütöv binanın qaz təchizatına və mənzillərə baxış keçirilir. Çəkilən qaz xətləri tikinti normalarına cavab verirsə, "Azəriqaz" İstehsalat Birliyi tərəfindən yalnız qazın açılması təmin olunur. 2017-ci ilin ilk 8 ayı ərzində 266 hündürmərtəbəli binaya qazın açılması tərəfimizdən təmin edilib ki, bu da ümumilikdə 12323 mənzili əhatə edib".

Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımov "Cümhuriyət" qəzetinə açıqlamasında deyib ki, MTK-ların hazırkı fəaliyyəti qanunsuzdur:
DİQQƏT! Qaz və işıqla bağlı əhaliyə QƏFİL XƏBƏR GƏLDİ - Bu saatdan etibarən...

"MTK-lar çox böyük məsuliyyətli işlərə rəvac verirlər. MTK-ların mənzillər tam hazır olmadan, dövlət komissiyası rəy vermədən vətəndaşları köçürməyə ixtiyarı yoxdur. MTK 4 divar tikib vətəndaşa satır. Hansı ki, həmin evlər yaşayış üçün hazır deyil. İşıq, qaz, su olmur. Bu qanun pozuntusudur. MTK binanı tam şəkildə hazır edib, sonra sifarişçiyə verməlidir. Amma binada lift olmur, görürsən, kimsə düşdü lift yerinə. Qaz olmur, əhali məcbur qalıb qaz balonlarından istifadə edir. Buna isə heç kim məsuliyyət daşımır. Balon qazları 5 ildən bir yoxlamadan keçirilməlidir. Əhali onun quraşdırılması, istifadəsi haqqında məlumatlandırılmalıdır. Çünki balon qazlar ciddi təhlükə mənbəyidir.

Güclü partlayışlara səbəb olur. Kommunal xidmətlər isə aidiyyatı üzrə ödənilməlidir. Qazın, suyun, işığın pulunu aidiyyatı üzrə dövlət orqanları almalıdır. MTK-ların kommunal ödəniş yığmağa ixtiyarı yoxdur. Ancaq MTK-lar monopoliya yaradıb pul yığırlar. Sonradan həmin pullar necə paylaşdırılır, məlum deyil. MTK-lar sayğaclaşdırma üçün sakinlərdən 500 manat pul alır. Amma halbuki, sayğaclar MTK-lar tərəfindən pulsuz verilməldirir. İndi yeni qanuna görə binalarda şura yaradılır və bir nəfər də rəhbər seçilir. Bu işlərin hamısını o görür. MTK-lar binanı tikib təhvil verəndən sonra getməlidir".

Xəbər lenti