Pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçovun Xabarovskda qətlə yetirilməsi barədə cinayət işinin fiqurantı Anar Alahverənov istintaq təcridxanasında iki ay keçirəcək.
Bu barədə Mynews.az "Report"-a istinadən xəbər verir.
"Avqustun 23-da məhkəmə təqsirləndirilən şəxs barədə iki ay müddətində həbs qətimkan tədbirinin seçilməsi barədə qiyabi qərar çıxarıb. Müddət RF ərazisinə ekstradisiya olunan andan və ya Rusiya ərazisində faktiki tutulduğu andan hesablanır", - bunu Xabarovsk Mərkəzi Rayon Məhkəməsinin sədrinin vəzifəsinin müvəqqəti icraçısının köməkçisi İrina Viniçuk bildirib.
Xatırladaq ki, dünən axtarışda olan A.Allahverənov könüllü hüquq-mühafizə orqanlarına təslim olub.
A.Allahverənov dava zamanı Draçovun öldürülməsində ittiham olunur. Hadisə avqustun 20-də Xabarovskda kafelərdən birində baş verib. Gənc oğlan hadisədən dərhal sonra qaçıb və beynəlxalq axtarışa verilib. Onu 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası gözləyir.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub