Cəlilabad sakininin başına maraqlı iş gəlib. Mynews.az xezerxeber.az-a istinadən xəbər verir ki, o, ünvanlı sosial yardım almaq üçün müraciət edəndə ona bildirilib ki, işləyir və maaş alır. Amma maraqlısı budur ki, həmin şəxs nə işindən, nə də maaşından xəbərdar olub. Təfərrüatları araşdırmışıq.
Özünün xəbəri olmadan şirkətdə işə götürüblər. Qəribə fakt Cəlilabad sakini sosial yardım almaq üçün müraciət edəndə üzə çıxıb.
Rayonun Qarazəncir kənd sakini Nazim Əliyev bir müddət əvvəl iş axtarmaq üçün əmək yarmarkasında iştirak edib. Yarmarkada İnşaat şirkətlərindən biri onu işə qəbul etmək üçün qeydiyyata alıb. Lakin üzərindən bir neçə ay keçdikdən sonra sözügedən şirkətdən xəbər çıxmadığını görən Nazim Əliyev ünvanlı sosial yardım almaq üçün elektron formada Əmək və Əhlinin sosila müdafiə nazirliyinə müraciət edib. Gələn cavab isə onu çaş-baş salıb.
Nazim Əliyev deyir ki, onun adının inşaat şirkətində işçi kimi qeydiyyatda olmasından və 8 ay müddətində ona verildiyi bildirilən 200 manat maaşdan xəbərsiz olub.
İnşaat şirkətinin nümayəndəsi Bədir Niftullayev deyir ki, vətəndaşın adı işə qəbul üçün sistemə daxil edilib və bu barədə əlaqədər dövlət qurumlarına məlumat verilib.
Şirkət nümayəndəsi onu da bildirdi ki, Nazim Əliyev vaxtında inşaat şirkətinə gəlib əmək müqaviləsi bağlamadığı üçün qeydiyyatına xitam verilib. Buna görə də sistemdə onun adının işçi kimi qalması yanlışdır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub