Ev dustaqlığına buraxılacaq şəxslərə elektron qolbaqlar və ya dərilərinin altına implant qaydada cihazlar yerləşdirilə bilər. Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, bununla bağlı hazırda bir neçə ölkənin təcrübəsi öyrənilir.
Prezidentin insan hüquq və azadlıqlarının genişləndirilməsi üçün penitensiar xidmət sahəsində həyata keçiriləcək islahatlarla bağlı sərəncamından danışan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini Hüseyn Əlixanov belə deyib. Onun sözlərinə görə, sərəncam bir sıra cəzaların tətbiqindəki problemləri kökündən həll edəcək.
Sərəncam xüsisilə də az ağır və ya ictimaiyyət üçün ciddi təhlükə törətməyən cinayət törədənlər üçün yeni imkanlar açır. Belə şəxslər nizamlı-intizamlı olsalar cəzalarının çəkilməyən hissəsindən azadlığa buraxıla biləcəklər.
General-mayor Hüseyn Əlixanov dövlət başçısının penitensiar xidmət qarşısında qurumun müəssisələrində istehsalın genişləndirilməsi, məşğullun təmin edilməsi ilə bağlı da tapşırıq qoyduğuna diqqət çəkib. Onun sözlərinə görə bunun üçün qabaqcıl ölkələrindən modern idarəetmə sistemindən istifadə ediləcək.
Hüseyn Əlixanov dəyişikliklərin artıq bu ildən tətbiq ediləcəyini bildirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub