Vergilər Nazirliyində kadr dəyişikliyi baş verib.
Nazirliyin departament rəhbəri və onun müavini vəzifədən azad ediliblər.
Məlumatda deyilir ki, nazir Fazil Məmmədovun əmri ilə Nazirliyin Daxili təhlükəsizlik Departamentinin baş direktoru Vüqar İsmət oğlu İsmayılov və onun müavini Nəsimi Əsgər oğlu Cəfərov vəzifəsindən azad edilib.
Adıçəkilən departamentə rəhbər təyinatı hələ yoxdur.
N.Cəfərov isə Əlaqələndirmə Departamentinin baş direktoruna müavin təyin edilib. Xatırladaq ki, N.Cəfərov bundan öncə Vergilər Nazirliyi yanında Lokal gəlirlər Departamentinə rəhbərlik edib.
Vergilər Nazirliyinin Daxili təhlükəsizlik Departamentinə rəhbərlik müvəqqəti olaraq Cavanşir Nuriyevə həvalə edilib. O, bundan əvvəl nazirliyin Hüquq Departamentinin baş direktor müavini vəzifəsində çalışıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub