Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Mynews.az Lent.az-a istinadən verdiyi xəbərə görə, Elçin Quliyev məhkəmədə bildirib ki, bura gələn şahidlər öyrədilib: “Bunların hamısı papaq altında oturanlardır”.
Maqsud Mahmudov isə buna etiraz edib: “Sənin kimi şərəfsiz, ləyaqətsiz generallar Heydər Əliyevin yaratdığı MTN-i dağıtdılar. Sən o şöbədə nə işləmisən? Hamı İlqar elədiyini deyir. Amma epizodları sən danışırsan”.
Bu zaman Elçin Quliyev yerindən qalxaraq zərərçəkənləri hamısını dələduz adlandırıb: “Bunlar hamısı prokurorun öyrətdikləri adamlardır. Bığ altında yatanları bura gətiriblər”.
Mübahisə qızışıb. Elçin Quliyev və Maqsud Mahmudov bir birinə su butulkasını atıblar.
Hali Maqsud Mahmudovu zaldan çıxarılıb.
Proses sabah davam edəcək.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub