Azərbaycanda daha bir azyaşlını küçə itləri dişləyib.
Mynews.az xəbər verir ki, bu barədə Lent.az-a hadisənin şahidləri xəbər verib.
Bildirilir ki, dünən Abşeron rayonu, Mehdiabad qəsəbəsində 5-6 yaşında qızı küçədə it dişləyib.
Qəsəbə sakini Həsən Əliyevin sözlərinə görə, qəsəbədə bir çox məhəllədə sahibsiz itlərin əlindən sakinlər gedib-gələ bilmirlər: “Dünənki hadisədən sonra məktəblilər məktəbə getməyə qorxurlar. Axşam işdən təzəcə gəlmişdim ki, küçədən itlərin səsini eşitdim. Həyətə qaçdım ki, itlər cavan gəlini divara qısıblar. İtləri qovdum. Mən daim küçədə keşik çəkə bilmərəm axı?! İtə daş atırsan, qaçmaq əvəzinə adamın üstünə cumur. Aidiyyəti qurumlar bu işlə məşğul olmalıdır”.
H. Əliyev məsələ ilə bağlı bələdiyyəyə, icra hakimiyyətinə müraciət etsə də, müraciətinə baxılmayıb.
Məsələ ilə bağlı Abşeron rayon Mehdiabad bələdiyyəsinin sədrinin müavini Elşən Şıxəliyev bildirdi ki, məsələdən xəbərdardırlar: “Bələdiyyə sədri ilə bu məsələni bu gün müzakirə etdik. Sabah qəsəbədəki sahibsiz itlər toplanacaq”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub