Bir müddətdir ki, Bakı şəhərində Dənizkənarı Bulvara yaxın, Sahil metrosundan Azneft dairəsinə qədər olan ərazidən üfunət iyi gəlir. Yolunu bu ərazidən salan sürücülər də bunun şahidi olublar. Qoxu o qədər güclüdür ki, avtomobillərin içinə belə daxil olur və bir müddət qalır.
Şəhərin mərkəzində, Xəzərin sahilinə yaxın bu kiçik ərazidən nəyə görə üfunət iyi gəlir?
Mynews.az olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən Zəki Həsənzadə A24.Az-a açıqlamasında bildirdi ki, nazirlik əməkdaşları həmin əraziyə baxış keçirib. “Neftçilər prospektində Rəşid Behbudov küçəsi və Zərifə Əliyeva küçəsində pis qoxu müşahidə edilir. Həmin qoxu lokal xarakter daşıyır. Cihazlarla ölçmələr apardıq və həmin ərazidə zərərli qaz birləşmələri yoxdur. Sahil metrosu və Hökumət Evi istiqamətində zərərli qaz birləşmələri müşahidə edilməyib və bunun kanalizasiya ilə heç bir əlaqəsi yoxdur”.
Əsas odur ki, sağlamlığa zərəri yoxdur. Yenə də qoxunun mənbəyini müəyyən edə bilmədik.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub