2017-2018-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında heç bir dəyişiklik olmayacaq.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Qurum rəhbəri bildirib ki, imtahanlarda dəyişikliklərin edilməsi 2019-cu ildə nəzərdə tutulub: "Bu, təbiidir. 2017-ci ildə də bu məsələ ilə bağlı ilk addım atılıb. Bilirsiniz ki, 2009-cu ildən təhsil müəssisələrində kurikulum əsasında tədris qurulub. Bu il buraxılış imtahanları 9-cu sinifdə iki mərhələdə aparılıb. Buraxılış imtahanlarında tamamilə yeni növ qiymətləndirilmə, ölçmə materialları istifadə olunub. Bu tipli alətlər indi hazırlanır. Kurikulum əsasında tədris alan uşaqlar iki ildən sonra 11-ci sinifə çatanda buraxılış və qəbul imtahanlarında müəyyən dəyişikliklər nəzərdə tutulub".
M.Abbaszadə qeyd edib ki, dəyişiklik barədə yaxın günlərdə ictimaiyyətə açıqlama veriləcək.
İmtahan fənlərinin sayının azaldılmasına da toxunan DİM rəhbəri deyib ki, 2019-cu ildə qəbul imtahanlarında isə hər qrup üzrə 3 fənn təqdim olunacaq və yenə də 3 saat veriləcək: "Bu prosesdə yalnız qapalı testlər yox, yeni növ tapşırıqlar öz əksini tapacaq. Həmin tapşırıqların cavabı göstərilməyəcək və abuturiyent cavabı özü tapacaq. Bu tapşırıqların yoxlanılması da yeni üsullarla olacaq".
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub