Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın sentyabrın 23-də keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib.
Mynews.az xəbər verir ki, idarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov APA-ya açıqlamasında bildirib ki, Milli Şuranın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər hansı təxribata imkan verilməyəcək: “Biz mitinqin təşkilatçılarını Bakı şəhər Baş Polis İdarəsinə dəvət edərək, onlara xəbərdarlıq etmişik. Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar".
Qeyd edək ki, Milli Şura sentyabrın 23-də, saat 15:00-17:00-dək keçmiş "Məhsul" stadionunda mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. BŞİH Milli Şuranın sentyabrın 23-də mitinq keçirməklə bağlı müraciətinə razılıq verib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub