Bu videoda 2016-cı il aprel döyüşlərində qəhrəmancasına döyüşən igid soydaşımız, 3 erməni əsgərini cəhənnəmə göndərən, 5 əsgərini şəhid verən komandir, baş leytenant Azər Məmmədov və onun şəhid əsgəri Nurayev Rəvandan bəhs olunur.
Milli.Az bildirir ki, videoçarx "Greetings from Azerbaijan" tərəfindən hazırlanıb.
Azər Məmmədov onurğadan yaralandığına görə onda hərəkət məhdudiyyəti yaranıb. Buna baxmayaraq o, yaxın ərazilərdə yaşayan şəhid əsgərlərinin yas mərasimlərinə qatılıb, şəhid əsgərlərinin məzarlarını ziyarət edib.
Lakin məsafəcə uzaq olduğuna görə və səhhətinin buna imkan vermədiyinə görə Zaqataladan olan əsgəri Nurayev Rəvanın qəbrini və ailəsini ziyarət edə bilməmişdi. Bu Azər Məmmədovu mənəvi borc olaraq narahat edirdi. Allahın şəfası nəticəsində qismən də olsa, səhhətində irəliləyiş olan kimi komandir şəhidləri unutmamaq və onları yad etməyi özünə borc bilib Zaqatalaya, Rəvan Nurayevin ailəsini və qəbrini ziyarət etməyə yollanıb.
Sağ olanlara dəyər verin! Onlardir bizim gələcəyə ötürəcəyimiz tariximiz. Azdırmı bu tarixdə Azər Məmmədov kimi əsgərlərini döyüsdə itirən zabit? Ya A.Məmmədovun əsgəri, şəhidimiz Rəvan Nurayev?
Anasının aylardır qurumayan göz yaşları var. Çoxdur ölkədə o ANAdan.
Oglunun xidmət yoldaşlarını özünə bala bilən, oğul bilən.
Şəhid anası olmaq yükdür, yuxusuz gecələrdir, fəryadı səngiməyən ürəkdir, daim qovrulan ruhdur.
Ulusumuzun bəzi evlərində fotoşəkillər, xatirələr, dərsliklərə, kitablara müqəddəs nam kimi həkk olunan, kişi kimi gəldikləri bu dünyadan elə kişi kimi köcdükləri şəhidlərin adları var.
Çünki cəsurluq və mərdiyi sonradan öyrənmək mümkün deyil.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub