Sumqayıt Apellyasiya Məhkəməsi şagirdini zorlayan müəllimin azadlığa çıxması faktını təsdiqləyib.
Mynews.az xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının rəsmisi İsmayıl İsmayılovun Cebhe.info-ya verdiyi məlumata görə, Şamaxıda şagirdinin hamilə qalmasında təqsirləndirilən və buna görə 5 il 6 ay azadlıqdan məhrum edilən müəllim Elnur İbrahimov bu ilin mayında azadlığa buraxılıb:
“Elnur Həsənağa oğlu İbrahimovun işi hakim Vidadi Cəfərovun icraatında olub. O, 2016-cı ilin mayından həbsdə idi. Sumqayıt Apellyasiya Məhkəməsinin hökmü ilə ona 1 il azadlıqdan məhrumetmə cəzası verilmişdi. 13 may 2017-ci ildə Elnur İbrahimovun həbs müddəti bitib. Hazırda azadlıqdadır”.
İsmayıl İsmayılov qeyd edib ki, ilk instansiyada Elnur İbrahimova 2 il 6 ay pedaqoji fəaliyyətlə məşğul olmaq hüququndan məhrumedilməklə 5 il 6 ay həbs kəsilib:
“Həbs müddəti ilə razılaşmayan Elnur İbrahimov sonradan Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib. Apellyasiya Məhkəməsi isə ona verilən hökmü 1 il azadlıqdan məhrumetmə ilə əvəzləyib”.
Xatırladaq ki, 2016-cı ildə Şamaxı rayonunun Pirbəyli kənd orta məktəb şagirdi müəllimi Elnur İbrahimov tərəfindən zorlanaraq hamilə qalmışdı. Nəticədə o, 5 il 6 ay azadlıqdan məhrum edilmişdi.
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub