Qax rayonunda 42 yaşlı qadın itkin düşüb.
Qax rayonunun Qapıçay kənd sakini, 1975-ci il təvəllüdlü Rəsmiyyə Davud qızı Babayeva sentyabrın 21-dən yoxa çıxıb.
Onun anası Qax Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək bildirib ki, qızı Rəsmiyyə Babayeva dünən səhər saatlarında yaşadığı Qapıçay kəndindən Qax şəhərinə böyürtkən satmaq adı ilə gedib və bir daha geri qayıtmayıb.
Rəsmiyyə Babayevanın əlamətləri: Boyu 143 sm, gözlərinin rəngi şabalıdıdır. Evdən çıxarkən əynində qırmızı köynək, ağ-qara xallı şalvar, ayağında qara rəngli rezin ayaqqabı olub.
Onu görənlərdən və yaxud yerini bilənlərdən Qax Rayon Polis Şöbəsi ilə əlaqə saxlamaları xahiş olunur. (report)
Tel:(02425) 5 23 52; Mob:055-625-03-78

1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub