Lütfi Zadənin nəşi növbəti həftəsonu Azərbaycana gətiriləcək.
Bu barədə Publika.az-a açıqlamasında Lütfi Zadə ailəsinin dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova deyib.
Onun sözlərinə görə, növbəti həftənin çərşənbə axşamı morqdan mənə nəşin göndərilməsi ilə bağlı dəqiq məlumat veriləcək: “Təqribən gələn həftənin cümə və ya şənbə günü Lütfi Zadənin nəşinin Azərbaycana gətirilməsi gözlənilir. Nəşin gətirilməsindəki gecikmənin səbəbi beynəlxalq standartlara cavab verən soyuducu tərkibli qutu hazırlanması ilə bağlıdır. Öncədən yerli qutu seçilmişdi. Sonradan uzaq məsafəyə dözümlü soyuducu tərkibli qutunun olmasının vacibliyi bildirildi. Oğlu həmin qutunu sifariş etdi. Artıq həmin qutu hazırdır və həftənin bazar ertəsi morqa çatmalıdır. Morqa çatan günün səhəri göndəriş işləri həll ediləcək”.
Ş.Şahbazova artıq morqdan məlumat daxil olan kimi, Azərbaycanın Los Ancelesdə yerləşən konsulluğu və Azərbaycan hökumətinə bu barədə rəsmi məlumat verəcəyini bildirdi: “Bundan sonra tədbirləri artıq aidiyyəti qurumlar icra edəcək”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub