Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin qızına məxsus avtomobil cərimə meydançasına aparıldığı bildirilir.
Mynews.az-ın yenicag.az-a istinadən verdiyi məlumata görə, bu barədə məlumatı yol polisindəki mənbə verib.
Məlumata görə, 20 yaşlı Hacıyeva Fatimə Hafiz qızı gecə saatlarında idarə etdiyi qara rəngli "Hyundai İX-35" markalı avtomobillə restoranlardan birindən çıxıb.
O, "Azneft" dairəsində Dəniz vağzalı istiqamətində hərəkətdə olarkən "Toyota Avalon" və "Niva" markalı avtomobilərlə ötüşməyə başlayıb.
Yol-patrul xidmətinin əməkdaşlarına avtomobilləri saxlamaq göstərişi verilib. Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin naryadı ötüşən avtomobilləri saxlayıb.
Hər üç maşın cərimə meydançasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
H. Hacıyev məsələ ilə bağlı "Qafqazinfo"ya açıqlama verib. O qeyd edib ki, onun Fatimə Hacıyeva adlı qızı yoxdur: "Bunlar mənə qarşı şər kampaniyasının tərkib hissəsidir. Qızımın heç maşını da yoxdur. Kimsə mənə böhtan atır".



1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub