Faytonçu Nazimlə jurnalist Tahirə Məmmədqızının efirdə mübahisəsi dünən ən çox müzakirə olunan xəbərlər sırasında idi.
Xatırladaq ki, ciddi əməliyyatlar keçirən müğənni səhhətinin pisləşməsində "Elmed" klinikasının həkimi Elman Əzizovu ittiham edib. Efirdə jurnalist xanımın həkimi müdafiə etməsi isə Nazimi özündən çıxarıb. Hiddətlənən müğənni hətta jurnalistə hücum çəkib.
Hadisə sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Məsələdə T.Məmmədqızını ittiham edənlər, hətta təhqir edənlər də oldu
Mynews.az PressClub.Az-a istinadən açıqlamasında T.Məmmədqızı ona yönəlik ittihamları cavablandırıb:
"İddia edirlər ki, mən o həkimdən pul almışam, amma mənim yaxından-uzaqdan o həkimlə heç ir tanışlığım yoxdur. Heç o həkimin çalışdığı klinika ilə də əməkdaşlığım yoxdur. Kilinika zamanında hansısa verilişə sponsorluq edib, onda da layihə rəhbəri mən olmanışam. Mən, sadəcə, aparıcı olmuşam və maaşa işləmişəm".
Bu gündən etbibarən yeni verilişinin efirə gedəcəyini deyən Məmmədqızı deyir ki, əgər o klinika və ya həkimlə hər hansı bir əməkdaşlığı olsa idi, ən azından yeni verilişinə sponsorluq edərdilər.
Jurnalist iddia edir ki, verilişdə belə bir mövqe sərgiləməsinin səbəbi günahı sübuta yetirilmədən qarşı tərəfin damğalanması olub:
"Məsələnin əsas tərəfi odur ki, biz hadisənin təfərrüatını bilmədən insanları damğalamağı xoşlayırıq. Orta əsrlərdəki kimi suçu oldu-olmadı daş-qalaq edirlər. Bir tanınmış insanın sözü ilə qarşı tərəfi günahkar, vətən xaini elan etməyə kimi gedirik.
Məhkəmə qərar vermədən bir həkimi damğalayıb cinayətkar elan edə bilmərik. Təqsirsizlik prezumpsiyası deyilən bir anlayış var. Kiməsə günahkar demək üçün onun təqsiri sübuta yetirilməlidir.
İndi bu məsələ ilə bağlı məhkəmə qərarı yox, ekspertiza rəyi yox, başlayıblar ki, həkim cinayətkardır, hansısa səhvə yol verib. Əgər adamın təqsiri sübuta yetirilirərsə, biz də bundan çıxış edərək həmin insana münasibət göstərərik. Yoxsa, təkcə Nazimin deməyi ilə Azərbaycan həkimlərini belə damğalamaq və onun həyatını məhv etmək düzgün deyil. Nəzərə almaq lazımdır ki, həkimin də ailəsi, işgüzar nüfuzu var. Bu gün vicdandan, ədalətdən danışıb məni suçlayan insanlara aid edirəm bunları".
T.Məmmədqızı deyir ki, verilişə çıxmamışdan qabaq hadisə barədə kifayət qədər məlumat toplayıb. Yəni danışdıqları əsassız olmayıb:
"Nazim Elman həkimin yanına gedəndə artıq bu günə düşmüşdü. Bəlkə də ayaqda qalmasında o həkimin rolu olub hətta.
Verilişdən sonra da Nazimlə danışdım.
Məsələ burasındadır ki, Milli Onkoloji Xəstəxananın qoyduğu diaqnoz var - Xərçəng xəstəliyi. Nazim bu diaqnozla razılaşmır və bildirir ki, xaricdə deyirlər ki, o, onkoloji xəstə deyil.
Onkoloji xəstə olub-olmadığını nə Elman doktor, nə də başqa bir həkim müəyyən etmir.
Nazimin onlokoji xəstə olması barədə rəyi Onkoloji mərkəz verib. Nazim niyə onları məhkəməyə vermir, həkimin yaxansından yapışır və qeyd edir ki, mənim ora gücüm çatmaz. Bir az vicdanla danmışmaq lazımdır.
Mən əlimi vicdanıma qoyub rahatlıqla deyə bilirəm ki, kiminsə yanında günahkar deyiləm
Sadəcə, bir insanın günahı sübut olunmadan suçlanmasına qarşıyam.
Həm də mən boşuna danışmıram. Elman həkimin vəkili ilə danışmışam, onun əlində əməliyyatda baş verənlər, digər məqamlar barədə sənədlər var".