Tanınmış hüquqşünas Ərşad Hüseynov bu həftə əsas müzakirə mövzularından olan maşınların arxa oturacaqlarında 12 yaşadək uşaqların xüsusi oturacaq olmadan daşınmasının cərimələnib-cərimələnməcəyi barədə məsələyə son nöqtəni qoyub.
Mynews.az xəbər verir ki, o, bu barədə özünün feysbukdakı hesabında qeyd paylaşıb:
"Bir daha vurğulayıram ki, qanunvericilikdə bu mövzuda heç bir yenilik yoxdur, yaxın gələcəkdə də gözlənilmir. Hazırkı vəziyyət də belədir:
1. Yalnız minik avtomobilində qabaq sərnişin yerində 12 yaşadək uşağı xüsusi oturacaq olmadan tək və ya böyük adamın qucağında aparmağa görə sürücü 60 manat cərimə olunur və ona 3 cərimə balı tətbiq edilir. Bu, sovet dövründən belədir (sadəcə cərimə məbləği dəyişib).
2. Minik avtomobilinin arxa oturacaqlarında uşaqların xüsusi oturacaqda daşınması məcburi deyil. Deməli, xüsusi oturacaq olmadan arxa oturacaqda tək uşaq aparmağa, yaxud böyüklərin qucağında uşaq aparmağa görə heç kəs məsuliyyətə cəlb edilə bilməz.
3. Nə YÜK avtomobilində, nə də AVTOBUSDA (o cümlədən mikroavtobusda) yaşından asılı olmayaraq uşağın xüsusi oturacaqda daşınması məcburi deyil. Özü də istər YÜK avtomobilinin və mikroavtobusun qabaqdakı oturacaqları olsun, istərsə də salondakı fərq etmir:
4. Minik avtomobilinə dair 1-ci bənddə yazdığım tələb eynən taksilərə də aiddir, çünki bütün taksilər minik avtomobilləridir.
Bu söhbəti kim başqa cür yozmağa çalışırsa, onun qanundan xəbəri yoxdur. Xahiş edirəm, hər adamın danışdığını ciddi qəbul etməyəsiniz. Hər şeyin cavabı qanundadır, qanundan kənar danışılanlar nağıldır".
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub