95 bal toplayan abituriyent seçdiyi ixtisası ilə bir çoxlarını təəccübləndirib.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, paytaxtın Hovsan qəsəbə sakini Səidə İsmayılova bu il respublika üzrə ən yüksək bal toplayan abituriyentlərdəndir. Yüksək bal toplamasına baxmayaraq o, xəyalındakı peşəni başqa ixtisaslara dəyişməyib. Hazırda o, təhsilini Bakı Dövlət Univeristetinin Filologiya fakultəsində davam etdirir.
Səidənin sözlərinə görə, bir çoxları onun yığdığı baldan sonra başqa ixtisası seçəcəyini düşünsə də, valideynləri onun bu seçiminə hörmətlə yanaşıb.
İmtahana çox az müddətdə hazırlaşdığını deyən Səidə bəzi fənləri ona qardaşının öyrətdiyini deyir. Müsahibimiz deyir ki, ilk imtahanında topladığı 675 bal ona arzusundakı ixtisasına qəbul olmağa tam kifayət etsə də, onun məqsədi yalnız bu olmayıb. Son nəticədə 700 balı hədəfləsə də, 5 bal onu məqsədinə tam nail olmağa imkan verməyib.
Səidə deyir ki, universitetdə də onun seçiminə təəccüblənənlər az deyil. Onun məqsədi isə burda ən yaxşı olmaqdır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub