Üzərində heç bir marşrut nömrəsi olmayan mikroavtobus sərnişindaşımada istifadə olunur.
Xezerxeber.az bildirir ki, avtobusların trafaretlərinə isə bələdiyyə avtobusları yazılıb.
Avtobuslar Sulutəpə-Binəqədi qəsəbələri arasında sərnişinlərin daşınmasına xidmət edir.
Sürücülər deyirlər ki, mikroavtobuslar Binəqədi qəsəbə bələdiyyəsinə məxsusdur və buna görə də avtobusların üzərində bu sözlər yazılıb. Sürücülər onu da bildirir ki, bu qəsəbələr arasında ictimai nəqliyyat vasitəsi işləmir, bu avtobuslar isə elə sakinlərin öz istəyi ilə xidmət göstərir.
Binəqədi qəsəbə bələdiyyəsi isə sürücülərin dediklərinin yalan olduğunu dedi.
Bələdiyyədən bildirildi ki, həmin avtobuslar onlara aid deyil və başqa bir şəxsə məxsusdur. O ki qaldı ”bələdiyyə avtobusu” sözünün yazılmasına, bildirdilər ki, bu, vaxtilə bələdiyyənin öz razılığı ilə olub. Ancaq indi həmin yazıların sahibkardan çıxarılması istənilib.
Avtobusların sahibi Şahbaz Yaqubov isə bildirdi ki, avtobuslar ona məxsusdur.
Bakı Nəqliyyat Agentliyindən bildirilir ki, həmin nəqliyyat vasitəsi ilə sərnişin daşınması qaydalara ziddir və onların fəaliyəti tamamilə qanunsuzdur. Bələdiyyə avtobusu adı altında bu qanunsuz fəaliyyətin qarşısını almaq üçün Agentlik dəfələrlə rayon İcra Hakimiyyətinə, qəsəbə bələdiyyəsinə və digər müvafiq qurumlara müraciət edib. Lakin bu günə qədər həmin avtobusların qanunsuz fəaliyyətinin qarşısı alınmayıb.
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub