Son illər toplu hamamlara maraq artıb. Bakıda müxtəlif mədəniyyətlərə məxsus hamam otaqlarının olduğu məkanlara giriş isə 10-14 manat arasında dəyişir. Belə hamalara turistlərin də marağı böyükdür.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, hər tərəfi duzdan ibarət olan otaq, türk hamamı, fin saunası və tüstüdən göz gözü görməyən rus saunası. Payız fəsli hamam mövsümünün başlanğıcı sayılır.Bakıda əksər hamamların qiyməti 12-14 manat arasında dəyişir.
VİP otaqları olan hamamlarda hər bir otaq üçün qiymət 30-40 manat olur və burada fin saunası , hamam və sanitar qovşaq otağın içində olur . Nisbətən ucuz olan hamamlar isə duz otaqları ilə təchiz edilməyib.
Həkimlər isə hamamların insan orqanizmi üçün faydalı olduğunu söyləyir, amma ürək-damar sistemində xəstəliyi olanların hamamdan istifadə edərkən diqqətli olmağa çağırır. Bu hal onlarda narahatlığı bir az da artıra bilər. İçkili insanların hamama girməsi isə ümumiyyətlə tövsiyə olunmur.
Digər halda isə hamamdan istifadə əzələ və oynaq ağrılarının çəkilməsinə, duz otağı isə allergik xəstələrin müalicəsinə kömək edə bilər. Belə hamamlara turistlərində maraqı böyükdür.
Belə hamamlarda masaj, kisə və bu kimi xidmətərdə göstərilir ki, bunların qiymətidə 10-30 manat arasında dəyişir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub