Azərbaycan Respublikasının İraqdakı səfirliyinin konsulu Zəbi Axundov İraqda uşaq evində saxlanılan, adı Abdulla olduğu deyilən azərbaycanlı uşağa baş çəkib, nəvaziş və qayğı ilə onunla söhbət etməyə çalışıb.
Azərbaycan XİN-dən verilən məlumata görə, sözügedən azyaşlının Azərbaycanda babası və digər qohumları müəyyən edilib.
Azyaşlının valideynlərinin kimliyinin və Azərbaycanda olan şəxslərlə yaxın qohumluq əlaqələrinin dəqiqləşdirilməsi ilə onun Azərbaycana gətirilməsi və qohumlarına təhvil verilməsi üçün İraqdakı Azərbaycan səfirliyinin bu ölkənin müvafiq dövlət qurumları ilə rəsmi yazışmaları və təmasları davam etdirilir.
"Azərbaycan Respublikasının İraqdakı səfirliyi İraqda bu kimi vəziyyətlə üzləşmiş digər soydaşlarımızın da məsələsini diqqətdə saxlayır, zəruri konsulluq dəstəyi göstərir və bu xüsusda İraqın müvafiq dövlət qurumları ilə təmasları davam etdirir", - deyə XİN-dən bildirilib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub