Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı bitkiləri üçün təhlükəli hesab oluna biləcək karantin əhəmiyyətli ziyanlı orqanizmlər barədə irihəcmi məlumat toplusu – atlas hazırlayacaq.
Mynews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, atlas Nazirliyin Dünya Bankı ilə birgə icra etdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində hazırlanır.
Dövlət Fitosanitar Nəzarəti Xidməti ilə birgə hazırlanacaq atlasda ziyanlı orqanizmlər haqqında ətraflı məlumat - onların ölkəyə daxil ola bilmə istiqamətləri, dünyada yayılma arealı, xarici görünüşləri, simptomoloji əlamətləri və s. barədə informasiyalar qeyd olunacaq.
Atlasın hazırlanması üzərində bitki mühafizəsi istiqamətində çalışan mütəxəssislər iş aparacaq. Hazırlanmış atlas nəinki bu sahədə çalışan müfəttişlər və elm adamları, o cümlədən ölkədə kənd təsərrüfatı bitkiləri və məhsulları sahəsində idxal-ixracla məşğul olan sahibkarlar üçün də maraqlı informasiya mənbəyi olacaq.
Atlasın çapla yanaşı, hər kəsin əldə edə bilməsi üçün elektron formatda hazırlanması nəzərdə tutulub.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub