Uşaq ikinci sinfə gedir, lakin onun musiqi dərsliyindəki terminlər ali məktəb səviyyəsindədir.
Bu iddia ilə “Xəzər Xəbər”ə bir valideyn müraciət edib. Bəs aşağı sinif şagirdinin qəliz terminlərlə yüklənməsi nə dərəcədə doğrudur? Əməkdaşlarımız məsələni araşdırıblar.
Dinamika, stakkato, legato, liga, reqistr, oktavanın növləri kimi musiqi terminləri. Bütün bu sadalananlar, ilk oxunuşdan peşəkar bir musiqiçinin tədris materialını xatırladır. Lakin nə qədər təəccüblü olsa da, qeyd olunan məlumatlar orta məktəbin 2-ci sinfi üçün nəzərdə tutulan musiqi dərsliyində əks olunub .
Valideynlər musiqiçi olmayan bir uşağın qəliz terminlərlə bu qədər yüklənməsindən narazıdırlar. Onlar deyirlər ki, musiqi dərsliyi əyləncəli olmaqla yanaşı, uşaqda bu sahəyə maraq oyatmalıdır.
Məsələ ilə bağlı dərsliyin müəllifi, professor Oqtay Rəcəbovla əlaqə saxladıq. O bildirdi ki, narazılıqlarla bağlı valideynlər yaxşı olar ki, ilk olaraq müəllifə müraciət etsinlər. Diskussiyalar zamanı sual yaradan məsələlərə aydınlıq gətirmək mümkündür.
Mütəxəssislər isə qeyd edirlər ki, aşağı siniflərdə təhsil alan uşaqların ağır və qəliz terminlərlə yüklənməsi nəinki onların inkişafına, hətta gələcəkdə bu dərslərdən soyumasına da gətirib çıxara bilər.. Odur ki, bu məqamlara xüsusi diqqət yetirmək lazımdır.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub