Rusiyanı heyran qoymaq üçün Ruslana bir neçə saniyə lazım olub
Altı yaşlı azərbaycanlı uşaq bacarığı ilə rusları heyran edib. İstiPress-in məlumatına görə, söhbət Ruslan Səfərov adlı azyaşlıdan gedir.
Qusardan olan Ruslan "Rossiya 1" telekanalında efirə çıxan və insanların xüsusi, heyrətləndirən bacarıqlarını nümayiş etdirdikləri "Heyrətamiz adamlar" verilişinə qatılıb.
Ruslan rus müsifləri və izləyiciləri özünün unikal riyazi bacarığı ilə təəccübləndirə bilib. O, ən çətin riyazi misalları belə heç bir xüsusi vasitədən, hətta kağız və qələmdən belə istifadə etmədən şifahi hesablamalarla həll edə bilir.
Canlı efir zamanı müsiflərdən biri ekrandakı misalları hesablayıcı köməyi ilə həll etməyə çalışıb. Ruslan isə monitordakı kökaltı, loqoritmlən istifadə edilən ən mürəkkəb misalları şifahi həll edib. Maraqlıdır ki, qarşı tərəf misalı yazmağa belə imkan tapmamış Ruslan doğru cavabları səsləndirib.
Azyaşlının müəllimi onun gələcəkdə məşhur riyaziyyatçı olacağına inanan atası Fuad Səfərov olub. Ruslan özü isə proqramçı olmaq arzusundadır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub